Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:45

Suez şəhərində polislə qarşıdurmada iki nəfər ölüb


Misirin Suez şəhərində polislə qarşıdurmada iki nəfər ölüb. Bu haqda Associated Press hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qahirənin mərkəzində qarşıdurmalar davam edir. Fevralın 1-də Port-Said şəhərində yerli al-Masri klubu ilə Qahirənin al-Ahli klubu arasında keçirilən oyun vaxtı baş verən toqquşma nəticəsində 74 nəfər ölmüşdü. Bundan sonra Qahirədə etiraz nümayişləri keçirilir.

Polislə nümayişçilər arasında baş verən qarşıdurmalarda 600 adam xəsarət alıb. Nümayişçilər hərbi hakimiyyətə qarşı şüarlar səsləndirilər.

Port-Said şəhərində baş verən faciədə ölənlərin çoxu al-Ahli komandasının azarkeşləridir. Bu futbol qrupunun azarkeşləri Hosni Mubarakin istefası ilə nəticələnən etiraz aksiyalarında əsas rol oynayırdılar.
XS
SM
MD
LG