Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:11

Suriyanın Hama əyalətinə əlavə qüvvələr yeridilib


Suriya hakimiyyəti Hama şəhərində qiyamın yatırılmasının 30-cu ildönümü ilə əlaqədar əyalətə əlavə qüvvələr yeridib.

Bu barədə yerli fəallar xəbər verirlər.

Müxalifətçilər şəhərin küçələrinə qırmızı rəng çiləyiblər.

1982-ci il fevralın 2-də Hamada qiyam yatırılarkən 10 mindən çox adam öldürülüb.

Həmin vaxt ölkəyə indiki prezident Bashar Assadın atası Havez Assad başçılıq edirdi.

BMT-nin təhlükəsizlik şurasında Suriyayla bağlı yeni qətnamə layihəsinin müzakirəsi gedir.

Rusiyanın təşkilatdakı nümayəndəsi Vitali Çurkin sənədin müzakirəsində irəliləyiş olduğunu deyir.

Rusiya istefa tələbinin sənədə salınmasının qəti əleyhinədir.

ABŞ Dövlət katibi Hillary Clinton həftənin sonlarında Münhendə keçiriləcək təhlükəsizlik konfransı çərçivəsində problemin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə ediləcəyini deyir.
XS
SM
MD
LG