Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Gündəlik qəzetlərin əksəriyyəti çap olunmayacaq


«Yeni Müsavat», «Azadlıq», «Zerkalo», «Exo», «525-ci qəzet», «Bizim yol», «Ədalət» və «Ekspress» qəzetləri hava şəraiti ilə əlaqədar fevralın 2-də nəşr oluna bilməyəcəklər.

Qəzetlərin redaksiyalarından bildirilib ki, havanın kəskin dəyişməsi redaksiya kollektivinin işə gəlməsinə, o cümlədən işgüzar mühitə mənfi təsir göstərib.

«Azərbaycan» nəşriyyatının direktor müavini Bəsti İsmayılova «APA»ya deyib ki, nəşriyyat qrafikə uyğun işini davam etdirir və qəzetlərin nəşri üçün heç problem yoxdur:

«Saat 21:00-dan qəzetlərin çapı başlayır. Qrafikə uyğun iş qurulub və çap məsələsində hər hansı problem yoxdur».
XS
SM
MD
LG