Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Bakıda 50-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib

Baku
Baku
Fevralın 1-i axşam saat 18-dən bu yana Bakıda 44 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 50-dən artıq avtomobil əzilib, 4 nəfər xəsarət alıb.

Bu barədə AzadlıqRadiosuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Dövlət Yol Polisi İdarəsi pis hava şəraitinə görə əhaliyə ictimai nəqliyyatdan istifadə etməyi məsləhət görür.

Polis İdarəsinin şəxsi heyəti hazırda lazımi tədbirlər görür, küçə və yolları təmizləyir, yollara duz və qum səpirlər.
This item is part of
XS
SM
MD
LG