Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 05:27

YAP bir ilə 5 milyon manata yaxın xərclədiyini bildirir


Arxiv foto
Arxiv foto

Fevralın 2-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında təşkilatın 2011-ci ildə gəlirləri və xərcləri barədə məlumat verilib. Partiyanın İdarə Heyətindən bildiriblər ki, 2011-ci ildə üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olub.

YAP-ın xərcləri isə keçən il bu şəkildə göstərilir:

  • Əməkhaqlarının ödənilməsinə - 2 milyon 59 min manat,
  • Müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə - 687 min manat,
  • Ezamiyyət xərclərinə - 196 min manat,
  • Nəqliyyat vasitələri və inventarların alınmasına - 326 min manat,
  • Cari təmir işlərinə - 170 min manat,
  • Təsərrüfat xərclərinə - 178 min manat,
  • Çap işlərinə - 61 min manat,
  • Kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və sair istiqamətlərə - 50 min manat.

YAP mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, iclasda partiyanın 2011-ci il hesabatı dinlənib, 2012-ci ilin birinci yarısına dair iş planı müzakirə olunub.

2012-ci il yanvar ayının 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 556 min nəfərdən yuxarı olub. 2011-ci ildə YAP sıralarına 34 mindən çox yeni üzv qəbul edilib ki, onların da 60 faizə qədəri gənclərdir.

1993-cü ildən hakimiyyət başında olan YAP-nın gəlirləri və xərcləri haqqında məlumata fikirlərini forumda göndər, müzakirələrə qoşul.
XS
SM
MD
LG