Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Vatikana qarşı 2,5 milyonluq korrupsiya ittihamı


Vatikan, Müqəddəs Peter meydanı, yanvar 2012
Vatikan, Müqəddəs Peter meydanı, yanvar 2012

Ərazidəki təmir-tikinti işləri məhdud dairəyə daxil şirkətlərə verilib, xidmətlərin qiyməti 2 dəfə baha olub

İtaliyanın “La 7” özəl televiziyası Vatikanda korrupsiya halları ilə bağlı geniş reportaj yayımlayıb. Bu süjet arxiyepiskop Carlo Maria Viganonun bir neçə məktubuna əsasən hazırlanıb.

2009-2011-ci illərdə Vigano Vatikan qubernatorunun müavini vəzifəsində işləyib. Vatikan ərazisindəki binalar, muzeylər, bağlar, küçə və digər infrastrukturlara nəzarət etmək onun səlahiyyətlərinə aid imiş. Bir müddət bu vəzifədə işləyəndən sonra yepiskop görüb ki, Vatikana göstərilən xidmətlərin əksəriyyətinin qiyməti orta bazar qiymətindən azı 2 dəfə bahadır.

Vigano müəyyənləşdirir ki, ərazidəki təmir, tikinti, təmizləmə işlərinin hamısı məhdud dairəyə aid olan şirkətlərə verilir. Onun hesablamalarına görə, son illər ərzində korrupsiya faktlarına görə Vatikana 2,5 milyon dollarlıq ziyan dəyib.

Vigano bu işlərdə səliqə-sahman yaratmağa, xərcləri azaldıb pulların sağa-sola üfürülməsinə son qoymağa çalışır. Amma əvəzinə onu vəzifəsindən azad edib Vaşinqtona səfir göndərirlər.

Hazırda ABŞ-da Vatikanın səfiri kimi çalışan Vigano bu məsələlər haqqında Roma Papası XVI Benedictlə yazışmalarını mediaya açıqlayıb. Həmin məktublarda o, Müqəddəs Taxt-Tac Bankını çirkli pul yumaqda ittiham edir.

İndiyə kimi bir neçə dəfə Vatikan rəhbəliyinə qarşı belə ittihamlar irəli sürülüb. Hətta 2010-cu ilin noyabrında Taxt-Tac Bankının hesabındakı 23 milyon avro vəsaitə həbs qoyulmuşdu. Həmin vaxt Roma Papasının özü Vatikan sıralarında korrupsiya halları ilə bağlı əldə etdiyi sənədləri açıqlamışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG