Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:18

Bakıda işıqsız qalanlar var


Çovğunlu hava şəraiti Bakının bir sıra rayonlarında elektrik enerjisinin verilməsində problem yaradıb, sakinlər işıqsız qalıb.

Günün birinci yarısında Bakının bəzi qəsəbələrinə, o cümlədən Binə və Biləcəriyə, eləcə də Əhmədlinin bir hissəsinə işığın verilməsində fasilələr yaranıb.

Bu haqda AzadlıqRadiosuna «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib:

«Amma artıq qəsəbələrin hamısına elektrik enerjisinin verilməsi bərpa olunub».

T.Mustafayev «Bakıelektrikşəbəkə» əməkdaşlarının gücləndirilmiş rejimdə çalışdıqlarını deyir.
XS
SM
MD
LG