Keçid linkləri

2026, 17 Oktyabr, şənbə, Bakı vaxtı 01:29

Kəskin hava şəraiti AŞPA həmməruzəçilərinin Qubaya səfərinə də təsir etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Joseph Grech'in Quba rayonuna planlaşdırılan səfəri kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Həmməruzəçilər yanvarın 31-dən Bakıda səfərdədir. Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının vəziyyəti ilə tanış olmaqdır. /ANS/
This item is part of
XS
SM
MD
LG