Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:19

İnternetdə siyasi folklor


Rusiyada 4 mart prezident seçkisinə həsr olunan karikatura
Rusiyada 4 mart prezident seçkisinə həsr olunan karikatura
Radio-televiziya və yazılı media sərt dövlət nəzarətində olduğu üçün Rusiyada internet müxalifət fəallarının əsas platformasına çevrilib. Fevralın 4-ə təyin olunan mitinq ərəfəsində sosial şəbəkələrdə onların fəallığı daha da artıb.

AzadlıqRadiosunun əməkdaşı Luke Allnutt onlardan bəzilərini toplayıb:

Putinə dəstək mitinqi





“Seçkilər 2132: Mən Rusiyanı diz üstündən qaldıracam”



Putin və keçmiş əsgərlər
Bu video yanvarın 26-da internetə qoyulub və o vaxtdan da ona azı 800 000 adam baxıb. Kəskin ifadələrlə mahnıda Putin Rusiya ordusunu dağıtmaqda ittiham olunur. “Biz sənə yalan deməyə imkan verməyəcəyik, oğurlamağa imkan verməyəcəyik” – deyən bu qrup müxalifətin fevralın 4-ə təyin etdiyi mitinqdə də oxumağa razılaşıb.



"4 mart... Amputasiya” (Martın 4-də keçiriləcək prezident seçkisinə işarə ilə)



Penis simvolu
Voina adlı anarxist qrup küçələrə öz şəkillərini çəkməklə məşhurlaşıb. Ən məşhur şəkilləri isə Sankt-Peterburqda açılıb-bağlanan körpünün üstünə çəkdikləri 65 metrlik penis şəklidir. Axşam körpü qalxanda şəkil də üzü Federal Təhlükəsizlik Bürosunun binasına tərəf dayanır.



Leninin mavzoleyi...
... bu da Putinin oldu.




Və bu da Kremldən...
İnternetdə kampaniya aparan təkcə müxalifət fəalları deyil. Hakimiyyət tərəfdarı olan gənclər də bu videonu çəkiblər: müxalifət liderləri ABŞ səfirliyinə təzim edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG