Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:29

Brodskinin ev muzeyini ruslar və amerikalılar birgə yarada bilər


Brodski Nyu-Yorkda
Brodski Nyu-Yorkda
Sankt Peterburqun rəhbərliyi məşhur dissident şair İosif Brodskinin mənzil muzeyini yaratmaq işinə amerikalı investorları da cəlb etmək istəyir.

Bu xəbəri İnterfaks Agentliyinə şəhərin vitse qubernatoru Vasili Kiçedji verib.

Cənab Kiçedji əlavə edib ki, muzeyin yaradılması Rusiya və ABŞ-ın birgə mədəni layihəsi ola bilər.

Vitse qubernatorun sözlərinə görə, şəhər muzeyin yaradılmasında fəal iştirak edə bilər. Ancaq Sankt-Peterburq rəhbərliyi şairin vaxtilə yaşadığı mənzili təkbaşına satın almaq gücündə deyil.

Xatırladaq ki, ünlü şair həmin mənzilində 1955-ci ildən 1972-ci ilə qədər yaşayıb.

1999-cu ildən bu yana şəhər rəhbərliyi vaxtilə Brodskinin yaşadığı kommunal mənzildən sakinləri köçürmək istəsə də, orada hələ də bir yaşlı qadın yaşamaqdadır.

Vitse qubernator bu sahəni almaq üçün 17 milyon rubl ( 565 min dollar) gərək olduğunu açıqlayıb və əlavə edib ki, bunu almaq üçün şəhər rəhbərliyini pulu yoxdur: “Əgər biz pulu bu sahəni almağa xərcləsək, şəhər sakinləri bizi anlamayacaqlar”.

Cənab Kiçedji bir variantın da olduğunu bildirib: ”Brodski muzeyinə ayrıca giriş açmaq olar”.

Xəbərdə yanvarın 31-də həm vitse qubernatorun, həm də ABŞ-ın Sankt-Peterburqdakı baş konsulu Brüs Ternerin şairin yaşadığı mənzildə olduğu deyilir.

Ötən ilin mayında Peterburqun sabiq qubernatoru Valentina Matviyenko da şəhər ictimaiyyətini kommunal mənzildə yaşayan sakinlərin köçürülməsi təşəbbüsünü dəstəkləməyə çalğırıbmış.

O vurğulayıb ki, muzeyin açılmasını çətinləşdirən amil orada yaşayanların tamamilə qeyri-adekvat davranışıdır.


Brodskinin Sankt Peterburqda yaşadığı bina
Brodskinin Sankt Peterburqda yaşadığı bina
Xatırladaq ki, Iosif Brodski bu ünvanda SSRİ-dən köçənədək yaşayıb və kommunal mənzildə keçirdiyi günlərdən 1985-ci ildə esse də yazıb.

Esse “Poltorı komnatı” adlanırdı.

İ.Brodski 1940-cı ildə Leninqradda (Sankt-- Peterburq) doğulub.

16 yaşından şeir yazmağa başlayıb. Tüfeyli damğası basılan şair sürgün həyatı da yaşayıb. 1972-ci ildə ABŞ-a mühacirət edib. Ədəbiyyat üzrə Nobel mükafatçısıdır.
55 yaşında dünyayla vidalaşıb.

Şairin Amerika mənzilində qorunan bəzi əşyalarını həyat yoldaşı Mariya - Anna Axmatovanın ev muzeyindəki Brodski guşəsinə verib.

Öz ev muzeyi yaradılsa, həmin eksponatların orada yerləşdiriləcəyi diqqətə çatdırılır.
XS
SM
MD
LG