Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 04:19

NATO: «Pakistan Talibana kömək edir»


NATO-nun bayrağı
NATO-nun gizli hesabatında əks olunub ki, Pakistanın kəşfiyyat orqanları Əfqanıstandakı xarici qoşunlara qarşı hücumların istiqamətləndirilməsində Talibana yardım edir.
BBC və Londonun «The Times» qəzeti hesabata istinad edərək bildiriblər ki, Taliban liderlərinin yeri Pakistan rəhbərliyinə məlumdur.
Sənəddə o da qeyd olunub ki, Taliban NATO qoşunları 2014-cü ildə Əfqanıstandan çıxarılandan sonra bu ölkəni nəzarət altına ala biləcəyini güman edir.
Pakistan Xarici İşlər Nazirliyi bu məlumatları rədd edib, bildirib ki, onlar Əfqanıstanın işlərinə qarışmaq niyyətləri yoxdur.
Gizli sənəd əsir götürülmüş bir neçə min Taliban və al-Qaeda üzvlərinin sorğu-sual zamanı verdikləri cavablar əsasında hazırlanıb.
XS
SM
MD
LG