«6 HEKTAR SAHƏ ƏLİMDƏN ÇIXIB»
Tovuz rayon sakini Şükür Paşayev AzadlıqRadiosunun «Qaynar xət»inə rayonun icra hakimiyyətindən və məhkəmələrindən şikayət edib. Deyir ki, 1984-cü ildən sovxozdan ailə podratı ilə 6 hektarlıq üzümçülük sahəsi icarəyə götürüblər. 1998-ci ilə kimi üzümçülüyü inkişaf etdiriblər. Həmin ildə aparılan torpaq aqrar islahatları zamanı 6 hektar sahə əlindən çıxıb. İddiasına görə, ona çatmalı olan torpaq sahəsi püşkatma yolu ilə başqaları arasında bölüşdürülüb. Ona isə başqa ərazidən torpaq sahəsi düşüb. Şükür Paşayev deyir ki, bundan başqa, 14 ildir nə ailə üzvləri, nə də o əmək kitabçasını və son haqq-hesabını ala bilmir.
Şükür Paşayev:
«1998-ci ildə guya islahat keçirdilər. Prezidentin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanına görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan torpaqlar əvəzsiz onların mülkiyyətinə verilir. Həmin üzümçülük sahəsi də 1987-ci ildən 1999-cu ilin fevralına qədər bizim qanuni icarəmizdə olub. Hökumət onu özümüzə verməkdənsə, başqaları arasında bölüşdürüb. Üzüm şitilləri natura şəklində əmlakımız idi, məzuniyyət haqqımız, əmək haqqımız, əmlak payımız var. Bu günə qədər əmək kitabçalarımızı da islahat komissiyasının sədrindən ala bilmirik. Deyir vermirəm, vəssalam. Məhkəmələr də hüquqlarımızı bərpa etmədi. Baxmayaq ki, torpaq islahatı haqqında qanunun çoxsaylı maddələri, kolxoz və sovxozların əmlakının bölünməsi haqqında qanun, bütün fərman və sərəncamlar bizim tərəfimizdədir, ancaq heç biri icra olunmur».
«ZƏHMƏTKEŞ KİŞİ OLUB, AMMA İDDİASI ƏSASSIZDIR»
Tovuz rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Nəriman Ələsgərov Şükür Paşayevin torpaq iddiasını əsassız hesab edir.
Nəriman Ələsgərov:
«Onun özünün də, ailəsinin də pay torpağı var. İşlədiyi müddət də məhkəmə qaydasında təsdiq olunub, iş stajı da hesablanıb. Əmək kitabçalarına gəlincə, sovxozun o vaxtkı direktorunu çağırıb izahat almışıq, deyib əmək kitabçalarını oğluna vermişik, o isə deyir ki, verilməyib. Şükür işlədiyi dövrdə zəhmətkeş olub, yüksək plan ödəyib. Onun istədiyi odur ki, gərək icarəsində olmuş üzüm bağı ona düşəydi. Ancaq torpaqlar püşkatma yolu ilə paylanıb və püşkatmada Şükürün payına başqa ərazidən torpaq düşüb. Bu, dövlət mülkiyyətində olan və heç kimə məxsus olmayan torpaq idi, belə torpaqlar isə püşkatma yolu ilə paylanırdı».
«O BOYDA SAHƏ BİR AİLƏYƏ VERİLƏ BİLMƏZDİ»
Hüquqşünas Xalid Bağırov da sovxoz torpağının bölgüsü məsələsində Şükür Paşayevin iddiasının qanuna söykənmədiyini deyir.
Xalid Bağırov:
«Sovxoz torpaqlarının islahatının aparılması 1990-cı ilə qədər qəbul olunmuş «Sovxoz və kolxozların istifadəsi haqqında» qanuna, bir də «Torpaq islahatı haqqında» qanuna əsasən müəyyən olunub. Bəlli olduğu kimi, sovxoz torpaqları dövlət mülkiyyətində olan torpaqlar sayıldığı üçün həmin torpaqların islahatı həmin sovxozun ərazisində yaşayan və vətəndaşların ümumi sayı miqdarında hissələrə bölünərək püşkatma əsasında bölüşdürmə yolu ilə aparılıb. Şikayətçinin dediyi kimi də bu qaydaya əməl olunub. Püşkatma ilə həmin torpaqlar başqa şəxsə verilib. Bu şikayətçinin icarəsindəki 6 hektar torpaq sahəsi kifayət qədər böyük sahə olub, O qədər torpaq sahəsinin bir ailəyə verilməsi digər vətəndaşların hüquqlarını pozmuş olardı».
Şükür Paşayev isə razılaşmır. O, mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə də şikayət göndərib.