Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

O.Əsədov: «Fransa Minsk Qrupuna həmsədrlik etmək üçün mənəvi haqqını itirib»


Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında bir neçə deputat Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif edib.

Milli Məclisin sədri Oqtay Əsədov bu təkliflərə münasibət bildirərkən deyib ki, Fransa «erməni soyqırımı» ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib:

«Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu, bizim istəyimizdən asılı məsələ deyil». /apa/
XS
SM
MD
LG