Keçid linkləri

2025, 26 Aprel, şənbə, Bakı vaxtı 11:30

Müsavatçı gənclərə inzibati həbs cəzası verildi


Foto: Arxiv
Foto: Arxiv
Fevralın 1-də Səbail rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Tural HacıbəyliAmid Süleymanovun hər birinə 3 sutka inzibati həbs cəzası verilib.

Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli «Media forum» saytına bildirib ki, hakim Fuad Hüseynov prosesi qapalı keçirib.

Tural Hacıbəyli və Amid Süleymanovu polis yanvarın 31-də İranın Bakıdakı səfirliyinin önündə saxlayıb.

Gənclər paytaxtın «Axundov bağı»nın yanındakı kafelərin birində Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar ziyafətdən çıxırmışlar. Tədbir qurtarandan sonra evə gedən gəncləri polis içkili halda səfirliyin binasına girməyə cəhddə ittiham edib.

Tural Hacıbəyli və Amid Süleymanov yanvarın 31-i axşamdan polis bölməsində saxlanıblar, fevralın 1-də isə onların işi məhkəməyə verilib.
XS
SM
MD
LG