Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34

Gəncə şəhər Mərkəzi Bazarında yanğın olub


Yanğın fevralın 1-i saat 05:00 radələrində bazarın geyim və digər əşyalar satılan hissəsində baş verib.

Xəsarət alan olmasa da, dükan sahiblərinə külli miqdarda ziyan dəyib.

Yanğının söndürülməsinə Gəncə şəhəri ilə yanaşı, Samux, Göygöl və Şəmkir rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib. Təxminən 3 saat ərzində onlar yanğını söndürə biliblər.

Ümumi sahəsi 15000 kvadratmetr olan bazarın 2000 kvadratmetri tamamilə yanıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. /apa/
XS
SM
MD
LG