Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

AŞPA həmməruzəçisi hüquq müdafiəçiləri ilə görüşüb


Leyla Yunus
Leyla Yunus
Yanvarın 31-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Joseph Debono Grech hüquq müdafiəçiləri ilə görüşüb.
Görüşdə iştirak etmiş Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus AzadlıqRadiosuna bildirib ki, görüşdə işgəncələr, siyasi məhbuslar, müstəqil məhkəmə sisteminin olmaması, son 3 ildə isə mülkiyyət hüquqların kobud şəkildə pozulması məsələləri müzakirə olunub: «Bildirdim ki, Azərbaycan Avropa Şurasının üzvü olanda 21 öhdəlik götürmüşdü. Sülh və Demokratiya İnstitunun apardığı monitorinqə görə, bu öhdəliklərdən 4-ü 100 faiz, 10-u kağız üzərində da yerinə yetirilib. Yeddi öhdəlik ümumiyyətlə yerinə yetirlməyib. Dedim ki, bunlardan biri işgəncə məsələsidir. Azərbaycanda hər il azı 10 adam işgəncə nəticəsində ölür. Ancaq işgəncə verənlərdən heç biri indiyə qədər cəzalandırılmayıb».
Joseph Debono Grech bildirib ki, Azərbaycan rəsmiləri ilə görüşdə bu məsələləri qaldıracaq.

JOSEPH DEBONO GRECH MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİYLƏ GÖRÜŞÜB
XS
SM
MD
LG