Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:28

Isveçrə yazıçısının populyar romanı Azərbaycan dilində!


“Qanun” nəşriyyatı almandilli ədəbiyyatın ən qabaqcıl yazarlarından biri, isveçrəli Peter Stammın məşhur “Aqnes” kitabını yayınladı.

Əsəri almancadan Zaur Səttarlı çevirib.

Kişi – Amerika lüks qatar vaqonları haqqında tədqiqat aparan gənc bir isveçrəli, qadın isə dissertasiya yazan amerikalı bir fizika tələbəsi.

Çikaqo İctimai kitabxanasının isti oxu zalında ilk dəfə baxışları toqquşur, qəhvə içərkən isə ilk dəfə bir-birilə danışırlar.

Onlar birlikdə yeməyə çıxırlar, yaxınlıqdakı meşələrə gəzintiyə gedirlər və Miçiqan gölünün ətrafında dolaşırlar.

Bir dəfə Aqnes ondan özünün ədəbi portretini yaratmağı xahiş edir. Bir model foto çəkilişi üçün poza verən kimi, o da yazıçının qarşısında oturur, cavan oğlan isə kompüterdə birgə həyatlarını canlandırmağa çalışır.

Əvvəli daha romantik, sonu isə ağır bir roman, əsərin süjetinə uyğun olaraq reallıq da bu istiqamətdə dəyişir.

Reallıq əsərdə yazılan şəkildə inkişaf edir və Aqnes Çikaqonun mərkəzində onun yaşadığı Doral Plazanın 27-ci mərtəbəsindəki mənzilə köçür.

Bundan sonra isə yazıçının virtual fantaziyası hadisələrin gedişatına daha çox təsir etməyə və söz sahibi olmağa başlayır.

Tənqidçilər tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilən debüt romanı “Aqnes” üçün Peter Stamm 1999-cu ildə Rauris ədəbi mükafatını alır.

“Zeit” qəzeti bu barədə yazırdı: “Son illərdə gənc bir isveçrəlinin yazdığı ən gözəl əsərlərdən biri”.
XS
SM
MD
LG