Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Gəncədə 3958 ailə ünvanlı sosial yardım alır


2012-ci ildə Gəncədə 3996 ailə ünvanlı sosial yardım almaq üçüm Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edib.

Bu barədə məlumatı Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini Vəfadar İsmayılov verib.

Onun sözlərinə görə, müraciət edən 3996 ailədən 3958 ailənin sənədləri qaydasında olub. Cəmi 35 ailənin sənədi düzgün olmadığı üçün onlar «yox» cavabını alıb.

V.İsmayılov bildirib ki, yardım alanlardan 2700 ailə təkrar vəsait götürənlərdir. Yerdə qalanları isə ilk dəfədir ki, mərkəzə müraciət edərək yardım alıblar.

Mərkəzdən bildiriblər ki, ötən il Gəncədə 465 min 540 manat vəsait ünvanlı sosial yardım şəklində imkansız ailələrə verilib.
XS
SM
MD
LG