Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:11

Obama Pakistanda pilotsuz təyyarələrin tətbiqini etiraf edib


ABŞ prezidenti Barack Obama Pakistanda yaraqlılara qarşı pilotsuz təyyarələrdən istifadə edilməsini etiraf edib.

O qeyd edib ki, bu təyyarələrlə Əfqanıstan sərhəddinin yaxınlığındakı əlçatmaz yerlərdə gizlənən talibançı və əl qaidəçilərin mövqelərinə dəqiq zərbələr endirilir.

Pakistanın hakim dairələri dəfələrlə bu cür əməliyyatlara rəsmi etiraz bildirib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə ABŞ-ın pilotsuz təyyarələri təkcə ötən il
Pakistan ərazisinə 64 belə zərbə endirib.
XS
SM
MD
LG