Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:53

Bakıda satışda saxta zinət


Azərbaycan Maliyyə Nazirliyi Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi əyar nəzarəti tədbirləri zamanı «Çiçək» kooperativinə məxsus «Sofulu» Ticarət Mərkəzində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilib.

Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən bu Ticarət Mərkəzində aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 3 515 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Həmçinin, məlum olub ki, alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 30%-nin əyarları, məmulatın üzərində qeyd edilən əyardan aşağıdır.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyə edir.
XS
SM
MD
LG