Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 10:24

Gündə Bakıda 10-20 adam yıxılıb travma alır


Yanvarın 30-da Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına travmalarla bağlı 29, dəm qazından zəhərlənmələrlə bağlı 35 nəfər müraciət edib.

Travma alanlardan 26 nəfər, dəm qazından zəhərlənənlərdən isə 21 nəfər xəstəxanaya yerləşdirilib.

Bundan bir gün əvvəl isə dəm qazından zəhərlənmədən 4 nəfər ölüb.

Bu haqda AzadlıqRadiosuna Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.

M.Həmidov bildirib ki, bu günlərdə təcili yardıma 1400-1500 arasında çağırış olur. Yıxılıb travma alanların sayı isə gündə 10-20 nəfər arasında dəyişir.
XS
SM
MD
LG