Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Nizami Gəncəvinin heykəlinin götürülməsi, Bakının Ukraynadan incikliyi...


Foto: Arxiv
Foto: Arxiv
-
BİZİ BAĞIŞLA, ŞAİR

«Azərbaycan» qəzeti Bərdədə Nizami Gəncəvinin heykəlinin götürülməsindən yazır:

«Dörd il əvvəl rayon mərkəzində yenidənqurma, abadlıq işləri bəhanəsi ilə şairin Nizami küçəsində ucalan heykəli rayon rəhbərliyinin istəyi ilə götürüldü. Bu yanlış addıma etiraz edənləri sakitləşdirmək üçün dedilər ki, heykəl tezliklə daha abad bir məkanda qoyulacaqdır. Artıq o vaxtdan illər keçir. Heykəl isə 18 nömrəli yol istismar idarəsinin qarajında dustaq ömrü yaşayır…».

BAKI UKRAYNAYA QAZ SATMAQDAN İMTİNA ETDİ

«Azadlıq» qəzeti yazır ki, Ukrayna və Azərbaycan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycandan qaz nəqlinə dair saziş imzalamayıb:

«Faktiki olaraq başa çatmış danışıqlar Azərbaycan tərəfindən pozulub. Belə ki, ölkə Kiyevin siyasətindən narazılığını bildirib. «Azərbaycandan qaz almaq istəyirlərsə, Ermənistana silah satmasınlar»,- məlumatlı mənbə yaranmış problemin mahiyyətini açıqlayıb. Bu barədə Ukraynanın «Delo» portalı yazır. Danışıqların gedişindən məlumatlı olan digər mənbə isə başqa fikirdədir:

Foto: Arxiv
Foto: Arxiv
«Problemin qaz nəqli ilə əlaqəsi yoxdur. Bu, sırf siyasətdir: ötən ilin yayında və payızında Azərbaycan Ukraynaya Ermənistana silah satışını dayandırmaq üçün xəbərdarlıq edib. Yerevan bizdən müxtəlif atıcı silahlar, həmçinin hərbi təlim təyyarələri alır. Bu cür alqı-satqıya beynəlxalq qadağa yoxdur, lakin məlumdur ki, bunlar Azərbaycana xoş getmir…».

AZƏRBAYCANA GÜCLÜ SƏRMAYƏ AXINI MÖVCUDDUR

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin Davos Forumundakı çıxışında yazıb:

«Biz çox sayda xarici sərmayələrdən bəhrələnirik. Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dolar təşkil edib. Təkcə ötən il ölkəyə 20 milyard dollar sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da onu göstərir ki, Azərbaycan hələ də xarici şirkətlər üçün cəlbedici ölkədir…».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG