Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

«Milli Məclisin payız sessiyası uğurlu və səmərəli keçib»


Bahar Muradova
Bahar Muradova
Bunu Milli Məclisin sədrinin birinci müavini Bahar Muradova deyib.

Yanvarın 30-da 2011-ci ilin payız sessiyasının yekunları və 2012-ci ilin yaz sessiyasının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Bahar Muradova bildirib ki, 2011-ci ilin payız sessiyasında Milli Məclisin 12 iclası olub, bu iclaslarda 107 qanun və qərar qəbul edilib, 24 beynəlxalq müqavilə və konvensiya təsdiqlənib.

Payız sessiyası dövründə Milli Məclis komitələrində 56 iclas keçirilib, 166 məsələ müzakirə edilib.

Sessiya dövründə Milli Məclisə 5463 şikayət və müraciət daxil olub.

2011-ci ildə ümumilikdə parlamentin 30 plenar iclası keçirilib, 290 qanun və qərar qəbul edilib.

Bahar Muradova bildirib ki, qəbul olunmuş ən yaddaqalan qanunlardan biri «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanunudur.
XS
SM
MD
LG