Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Azərbaycanda 1 ildə 7 milyon ağac əkilib


«Dünyada meşə sahələrinin qırılması artıq meyl halını almışdır. Biz Azərbaycanda bu meylin qarşısını almağa nail olmuşuq. Beləliklə, meşə sahələri ölkənin ümumi sahəsinin 0.5 faizi qədər artmışdır. Bu iş davam edir».

Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Davos İqtisadi Forumundakı çıxışında bildirib.

Nazir deyib ki, 2011-ci ildə Azərbaycanda 10 min hektar ərazini əhatə edən 7 milyon ağac əkilib:

«Biz qorunan ərazilərin sahəsini 2 dəfə artırmışıq - 480 min hektardan 1 milyon hektaradək. Bu, çox böyük rəqəmdir. Nəsli kəsilməkdə olan heyvan növlərinin sayının artırılması layihələri üzərində işləyirik». /AzərTAc/
XS
SM
MD
LG