Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 19:46

Suriyadakı qarşıdurmada daha 58 nəfər ölüb


Suriyada Dəməşq ətrafında hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş verən atışmada 58 nəfər ölüb. Onların arasında mülki şəxslər də var.

Hüquq müdafiəçilərinin məlumatına görə, 2 minə yaxın hərbçi 50-ə yaxın tankın köməyi ilə atəş açıb. Bu döyüşün son 9 ayda ən güclü qarşıdurma olduğu bildirilir.

Şəhər ətrafında işıq, yanacaq yoxdur. Ən ağır vəziyyət Dəməşq ətrafındakı Rankus qəsəbəsindədir. Müxalifət fəalları buranı fəlakət bölgəsi elan edib.
XS
SM
MD
LG