Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:39

Almaniya İranı səbrli olmağa çağırıb


Almaniya xarici işlər nazirliyinin rəhbəri Gido Vestervelle
Almaniya xarici işlər nazirliyinin rəhbəri Gido Vestervelle
Almaniya İranı onun nüvə proqramı ətrafında yaranmış gərginlik və Tehranın Avropa Birliyi ölkələrinə təcili neft embarqosu qoymaq istəyində səbrli olmağa çağırıb.
Almaniya xarici işlər nazirliyinin rəhbəri Gido Vestervelle bildirib ki, Avropa Birliyi İranın artıq pulu ödənilmiş nefti kəsməklə özünü küncə sıxmasına yol verməyəcək.
İran parlamenti məsələylə bağlı bazar gününə nəzərdə tutulmuş səsverməni təxirə salıb.
Avropa Birliyi ötən həftə iyulun 1-dən İrandan neft idxalına embarqo qoymaq və İran
Mərkəzi Bankının Avropadakı aktivlərini dondurmaq qərarına gəlib.
Həmçinin Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları daha da kəskinləşdirib.
Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran İttihamı rədd edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri şənbə günü Tehrana yollanıblar.

İran hakimiyyəti agentliklə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirsə də uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG