Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Michael Jackson əl və ayaq izləriylə anıldı


“Atam həyatı boyu mükafat qazandı. Ancaq bu an burada olanlar onun həyatı boyu qazandığı əsl mükafatdır”

Bu sözləri ABŞ-ın Los Anceles şəhərində düzənlənən mərasimdə pop kralı Michael Jacksonun övladı—Prince Michael söyləyib.

Yanvarın 26-da Michael Jackson ölümündən az qala üç il sonra şəhərdəki "Grauman" Çin Teatrında anılıb.

Jacksonun uşaqları - Paris, Prince ve Blanket onun ayaqqabısının və əlcəyinin izlərini teatr önündəki sement lövhəyə həkk ediblər.

Prince Michaelin 14, Blanketin 9, Parisinsə 13 yaşı var.

Mərasimdə Jacksonun başqa qohumlarının, həmçinin müğənni Castin Biberin və yüzlərlə pərəstişkarının iştirak etdiyi bildirilir.

Xatırladaq ki, pop ulduzu Michael Jackson 2009-cu il iyunun 25-də dünyasını dəyişib.

Onun ölümünə səbəb olan doktoru həbs olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG