Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 19:38

Spanair şirkəti müflis oldu


İspaniyanın Spanair hava şirkəti gözlənilmədən müflis olduğunu bəyan edilib.

Nəticədə 10 minlərlə sərnişin mənzil başına çata bilməyib.

Avrozonaya daxil olan İspaniya hazırda borc böhranı təhlükəsilə üzləşib.

Ötən ilin 4-cü rübündə ölkədə işsizliyin səviyyəsi 24 faizə çatıb.

İspaniya maliyyə nazirliyinin məlumatına görə hazırda ölkədə 5 milyon 400 min işiz var və son 3 ayda işsizlərin sayı 500 min artıb.

Bu avrozonada ən pis göstəricidir.

Ölkədə yeni iqtisadi tənəzzül gözlənilir.

Analitiklər hesab edir ki, bu ölkədəki borc böhranını daha da dərinləşdirəcək və İspaniyanı,Yunanıstan, İrlandiya və Portuqaliyanın aqibəti gözləyir.
XS
SM
MD
LG