Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Qazaxıstanda icazəsiz etiraz aksiyası keçirilib


Gazaxıstan müxalifəti bu gün Alma-Atıda icazəsiz etiraz aksiyası keçirib.

Aksiyaçılar yanvarın 15-də ölkədə keçirilmiş parlament seçkisinin nəticələrinə etiraz bildirib, həbsdə olan müxalifət fəallarının azad edilməsini tələb ediblər.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Məlumatlara görə mitinqdə 1000-ə yaxın adam iştirak edib.

Polis qabaqcadan şəhərin mərkəzi meydanına gedən yolları bağlayıb.

Polis səddini yaramaq istəyən bir neçə aksiyaçının saxlandığı xəbər verilir.

Az sonra tərəflər aksiyanın yaxınlıqdakı meydanda keçirilməsi barədə razılığa gəliblər.
XS
SM
MD
LG