Keçid linkləri

2025, 24 Dekabr, çərşənbə, Bakı vaxtı 22:58

ABŞ cənub-şərqi Asiyada bazalar tikməyəcək


Birləşmiş Ştatlar Cənub-Şərqi Asiyada hərbi iştirakını artırmaq istəsə də regionda hərbi bazalar tikmək fikrində deyil.

Bunu ABŞ-ın Sakit okenadakı hərbi qüvvələrinin baş komandanı admiral Robert Willard bəyan edib.

O qeyd edib ki, Avstraliyada hərbi birləşmələr yerləşdirmək və Sinqapura hərbi gəmilər göndərməklə, hərbi bazalara xərc çəkmədən regiondakı qüvvələri rotasiya etmək olar.

Analitiklər hesab edir ki, ABŞ-ın bu addımı Çinin regionda nüfuzunun artmasına qarşı yönəlib.
XS
SM
MD
LG