Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Xəzərdə salınacaq ada 100 milyarda başa gələcək


Khazar Islands
Xəzər dənizində yeni şəhərin - «Khazar Islands»ın salınması layihəsinin icrası təqribən 100 mlrd ABŞ dollarına başa gələcək.

Bu barədə APA agentliyi «Khazar Islands» layihəsini inşa edən «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə istinadla xəbər verir.
bildirib.

Dənizdə süni arxipelaq üzərində salınacaq adanın ümumi sahəsi 3 min hektar olacaq və ordakı 41 müxtəlif ölçülü adada 19 mikrorayon salınacaq.

Arxipelaqın uzunluğu 8 , eni isə 3 km olmaqla ümumilikdə 24 kv. km-lik ərazini əhatə edəcək və adaların bulvar xətti təxminən 50 km olacaq.

Tikinti işlərinə 10 ay əvvəl başlanıb və hazırda layihəyə daxil olan böyük adalardan birinin və onun üzərindəki 6-7 yaşayış binasının tikintisi gedir.

2022-2023-cü ilədək salınacaq şəhərin 1 milyon sakini olacaq.
XS
SM
MD
LG