Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 09:07

Vatikanın gizli arxivindən sənədlər Azərbaycana gətirildi


Vatikan kitabxanası
Vatikan kitabxanası
“Vatikanın Apostol kitabxanasında Azərbaycana gətirilmək üçün sifariş verilən 40 əlyazmadan əksəriyyətinin surətləri artıq ölkəyə gətirilib. Qalan əlyazmaların da surətləri tezliklə ölkəyə gətiriləcək”.

Bu sözlər yanvarın 27-də “İrəli “ gənclik mərkəzində Vatikanın məxfi arxivində saxlanılan Azərbaycana aid sənədlərin surətinin təqdimat mərasimində söylənib.

Bu sənədlərin IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalar olduğu bildirilib.

Onlar arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin - xəttatlar tərəfindən üzü köçürülmüş əsərlərinin nüsxələri, eləcə də indiyədək Azərbaycan elminə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri vardır.

Azərbaycana gətirilən sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Roma papaları ilə yazışmaları, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatlarından ibarətdir.

AzərTac xəbər verir ki, tədbirdə ölkəyə gətirilən əlyazmaların surətlərindən ibarət slayd-şou göstərilib.

Çıxışçılar--Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərov Vatikanın Apostol kitabxanasında ümumilikdə Azərbaycana aid 60 qədim əlyazma aşkar olunduğunu deyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG