Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

Ailə-məişət zəminində boşanma və intiharlar artır


Son illər ailə-məişət münaqişəsi zəminində zorakılıqlar artır. 2010-cu ildə 758, 2011-də isə 784 zorakılıq faktı qeydə alınıb.

Bunu «Turan»a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirib.

«Bu tendensiya daha çox məişət zorakılığına qarşı cinayət məsuliyyətinin olmaması ilə bağlıdır», - M.Əzizova deyib.

M.Əzizova deyir ki, ailələrdə qadının döyülməsi üzündən boşanma halları da çoxalır. 2010-cu ildə 319, 2011-ci ildə isə 547 qadın boşanma üçün müraciət edib.

İntihar halları da artıb. 2010-cu ildə 19, 2011-ci ildə isə 35 qadın intihara cəhd edib.
XS
SM
MD
LG