Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:36

HƏFTƏNİN SUALI: Bu, hansı əsərdəndir?


Xədicə Cəfərova
Xədicə Cəfərova
Viktorinamızın bu həftə üçün sualı belədir: Aşağıdakı parça hansı əsərdəndir?

“Evə xeyli adam toplaşmışdı, masanın üstündə - məftidən düzəldilmiş və üç qata ayrılmış yekə bir qəfəs vardı. Qatlardan biri quşların yemlənməsi, digəri yatması, üçüncüsü isə əylənməsi üçün nəzərdə tutulmuşdu... Doktor kənardan qəfəsə bir xeyli tamaşa edəndən sonra bu qənaətə gəldi ki, qəfəsə söz ola bilməz, indiyəcən arvadına almağı arzuladığı qəfəslərin heç biri belə gözəl olmayıb...”.

Cavabınızı bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibinin adını isə gələn həftənin bazar ertəsi elan edəcəyik.


Keçən həftə dərc etdiyimiz parça isə tanınmış Amerika yazıçısı Con Steynbekin “Mirvari” əsərindən idi.

Düzgün cavabı hamıdan birinci Xədicə Cəfərova yollayıb.

Xədicə 1985-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsini bitirib. Hazırda orada doktoranturada oxuyur, 2008-ci ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ingilis dili müəlliməsi işləyir.

Xədicəni təbrik edirik və onun "Oxu zalı"nın ənənəvi suallarına cavablarını təqdim edirik:

- Daha çox roman oxuyuram. Roman oxumağa uşaq vaxtı əlimin yetdiyi bütün mümkün nağılları oxuyub bitirdikdən sonra başladım. Romana ona görə üstünlük vermişəm ki, qəhrəmanlardan mümkün qədər gec ayrılım. :) Əgər məktəb illərində əsasən Azərbaycan ədəbiyyatı oxuyurdumsa, sonradan daha çox dünya ədəbiyyatına müraciət etməyə başladım. Hazırda ixtisasımla bağlı bədii ədəbiyyata və müasir Azərbaycan ədəbiyyatında üstünlük verirəm. Asudə vaxtımı kitablara, sevimli şagirdlərimə və intellektual oyunlara həsr edirəm :)

- C.Steynbeklə tanışlığım tələbəlik illərinə təsadüf edir, onun “Cənnətin şərqi”, “Mirvari”, “Siçanlar və insanlar” əsərlərini tərcümədə oxumuşam. “Qəzəb salxımları” romanını isə orijinalda oxumuşam – qrup yoldaşımın magistr işi idi və mənə təklif etdi ki, birgə oxuyub müzakirə edək, maraqlı, hər şeydən əvvəl isə olduqca təsirli romandır. Hal-hazırda Umberto Ekonun “Qızılgülün adı” romanını oxuyuram, növbədə Milorad Paviçin “Xəzər sözlüyü” əsəridir.

P.S. “Ayda neçə kitab oxuyuram” – sualına birmənalı cavab verə bilməyəcəm. İlə təxminən 35-40 əsər. Elə ay olur ki, bir kitab (məsələn, doktorantura imtahanlarına hazırlıq zamanı), elə ay da olur ki, (məs. yay ayları) 4-5 roman. Yenə də nisbidi, çünki əsərin həcmindən çox şey asılıdır. Dilogiya və trilogiyalar çox vaxt aparır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG