Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:27

Xəzərdə 60 milyard dollarlıq şəhər salınır [tikintidən VİDEO]


Xəzər Adalarının tikintisi gedir
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00
Direct-ə keçid

Xəzərdə hündürlüyü 1 kilometri keçəcək Azərbaycan Qülləsinin tikintisi gedən ərazidən reportaj.

-

(Tikinti gedən ərazidən yeni çəkilmiş fotolara və şəhərin layihəsindən görüntülərə reportajın mətnindən sonra baxa bilərsiniz.)

Paytaxt Bakıdan 28 kilometr aralı, Qaradağ rayonunun Sahil qəsəbəsində yeni şəhər salınır. Xəzər adaları (“Khazar İslands”) adlanan şəhərin əsas hissəsi Xəzər dənizində yaradılan 50-yə yaxın süni adada yerləşəcək. Artıq mətbuatda bu şəhərdə ucaldılacaq Azərbaycan qülləsinin 1050 metr hündürlükdə olacağı barədə məlumatlar yayılıb.

Yeni şəhərdə artıq iki ildir tikinti gedir. Yaşayış binaları tikilir, yollar çəkilir. Fəhlələrin dediyinə görə, prezidentin gəlişi gözlənildiyindən yolların çəkilişi sürətlənib.

DƏNİZİN İÇƏRİLƏRİNƏ DOĞRU DAHA 8 KİLOMETR DOLDURULACAQ

Ərazidəki iş icraçılarının dediyinə görə, tikinti işlərinə 2010-cu ildən başlanıb. Yolun Bakı-Astara magistralına yaxın bir hissəsinə artıq asfalt döşənib. Dəniz həmin ərazidə bir neçə kilometr doldurulub. Şəhər hələ dənizin içərilərinə doğru daha 8 kilometr uzanacaq.
Dənizin torpaqla doldurulmuş hissəsində bir-neçə yaşayış binası tikilməkdədir.

Şəhərin digər bir hissəsində isə restoranlar, əyləncə mərkəzləri, ictimai-iaşə obyektləri tamamlanmaq üzrədir. Yeni şəhərə gedəcək yolların kənarına isə bir neçə cərgə iri palma ağacları əkilib.

Yeni salınan şəhərin ərazisi 2 min hektarı əhatə edir. Şəhərcik “baş” adadan, iki paralel xətlə uzanan tikililərdən, çoxmərtəbəli binalar və villalar üçün ayrıca irili-xırdalı adalardan ibarətdir. Kompleksi 20-yə yaxın körpü birləşdiriləcək.

İLK MƏRHƏLƏSI 2013-DƏ BİTMƏLİDİR

Tikinti işlərini bir neçə şirkətin birləşdiyi AVESTA konserni həyata keçirir. Konsern rəhbəri İbrahim Nehrəmli AzadlıqRadiosuna deyir ki, bu ideya onun Dubaya səfəri zamanı meydana gəlib. Üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyi gözlənir:

“Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, 3-cü mərhələyə isə 30 milyard vəsait xərcləməyi nəzərdə tuturuq.”

Şirkət rəhbərinin dediyinə görə, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırılar. Bəzi iaşə obyektləri isə daha tez, 2012-ci ilin sonlarına yaxın işə düşməlidir.

İbrahim Nehrəmli əraziyə yalnız palma ağaclarının əkilməsinə də aydınlıq gətirdi. Bu ağacları digərlərindən daha çox xoşladığını deyən konsern rəhbərinin bildirməsinə görə, ərəb ölkələrindən gətirdikləri ağacların bəzilərinin 100 ilə yaxın yaşı var:

“Palma ağaclarını çox sevirəm. Həm də bu ağaclar bura uyğunlaşandan sonra bir-iki ilə xurma verəcəklər. Biz 100 il yaşı olan heç bir ağacı belə gətirib əkə bilmərik.”

İbrahim Nehrəmli deyir ki, indiyə qədər görülən işlərə 1 milyard manatdan artıq pul xərclənib.

TIKINTI MÜTƏXƏSISLƏRI NARAHATDIRLAR

Orada artıq işləri getsə də bəzi mütəxəssislər həmin ərazinin tikinti üçün düz seçilmədiyi qənaətindədirlər. Artıq bir neçə memar və tikinti mütəxəssisi bu ərazilərin seysmoloji baxımdan tikintiyə yaralı olmaması ilə bağlı fikirlər də səsləndiriblər.

Amma İbrahim Nehrəmli deyir ki, onlar tikintiyə başlamazdan əvvəl bu məsələlərlə bağlı dövlət qurumlarına müraciət ediblər. Ərazidə artıq yerin quruluşu ilə bağlı aidiyyatı qurumlar müəyyən işlər görüblər:

“Biz seysmoloji institutdan da sənədləri almışıq. Nəticələr çox yaxşı çıxıb”

ÇİNDƏN, TÜRKİYƏDƏN VƏ ƏRƏB ÖLKƏLƏRİNDƏN İNVESTORLAR DƏVƏT EDİLİB

Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzilini rəhbəri olduğu Avesta Konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək:

“Bu ilin martından da xarici investorların gəlməsi gözlənir.”

İbrahim Nehrəmli deyir ki, artıq Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamlarının gələcəyi gözlənilir. Konsern rəhbərinin sözlərinə görə, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir.

Yeni şəhərdə mənzillərin qiymətinə gəlincə, bu elə də ucuz olmayacaq. İbrahim Nehrəmlinin dediyinə görə, hazır mənzillərin 1 kvadratmetri 3500 manat olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG