Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

BMT-yə Suriya ilə bağlı yeni plan təqdim olunacaq


Ərəb Dövlətləri Liqasının baş katibi Nabil al Arabi gələn həftənin əvvəllərində BMT-nin təhlükəsizlik şurasına Suriyada vəziyyətin yoluna qoyulmasıyla bağlı plan təqdim edəcək.

O bir daha Suriya rəhbərliyini dinc sakinlərə qarşı zorakılıq aksiyalarını dayandırtmağa çağırıb.

Bəzi ərəb ölkələrinin öz nümayəndələrini geri çağırmasına baxmayaraq Ərəb Dövlətləri
Liqasının müşahidəçi missiyası cümə axşamı Suriyada işi bərpa edib.

Liqanın yeni sülh planında Suriya prezidenti Bashar Assadın istefası və ölkədə milli birlik hökuməti yaradılması nəzərdə tutulur.

Dəməşq planı rədd edir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG