Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:02

BQXK Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.

Başçəkmə zamanı saxlanılanlara 4 «Qızıl Xaç» məktubu çatdırılıb, onlardan isə 3 «Qızıl Xaç» məktubu və 3 ismarış alınıb.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Ermənistanda isə 1 hərbi əsir saxlanılır. Kiçik çavuşu Məmmədbağır Axundzadə bir neçə gün öncə əsir düşüb. /Trend/
This item is part of
XS
SM
MD
LG