Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:39

Yollar buz bağlayıb


Şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba, Qusar, Ağsu, İsmayıllı rayonları istiqamətinə yolların bəzi hissələrində buzlaşma olduğundan nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yollarda diqqətli olmağı, buzlu yollarda zəncirdən, mövsümi qış təkərlərindən və hər iki oxu aparıcı olan avtomobillərdən istifadəni tövsiyə edir.

Sinoptiklər ayın sonunadək respublikada qarlı-şaxtalı hava şəraitinin davam edəcəyi, yolların buz bağlayacağı barədə xəbərdarlıq edib. /Trend/
XS
SM
MD
LG