Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

İrandan neft ixracının dayandırılması bahalaşmaya səbəb ola bilər


İrandan neft ixracının dayandırılması dünya bazarında neftin 20-30 faiz bahalaşmasına səbəb ola bilər.

Beynəlxalq Valyuta Fondunun çərşənbə günü yaydığı hesabatda belə deyilir.

Hesabatda qeyd olunur ki, əgər İran beynəlxalq sanksiyalara görə Hörmüz boğazını bağlasa bu qiymət daha da arta bilər.

Dünyada dəniz yoluyla daşınan neftin 1/3-dən çoxu bu boğazdan keçir.

İran dünyada neft istehsalına görə 5-ci yerdədir.

ABŞ və bir sıra Qərb ölkələri İranın nüvə proqramına görə ona qarşı sanksiyaları daha da kəskinləşdiriblər.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir,nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG