Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:29

«Eurovision»un Bakıda keçiriləcəyi yer bəlli oldu (VİDEO)


Avropa Yayım Birliyi yanvarın 25-də elan edib ki, 57-ci «Eurovision» mahnı müsabiqəsi yeni tikilən «Baku Crystal Hall» sarayında keçiriləcək.

Bu barədə müsabiqənin rəsmi saytında bildirilib.

Avropa Yayım Birliyi qeyd edib ki, müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Teleradio bu müsabiqə üçün 3 potensial yer təklif edib. Onlar «Baku Crystal Hall»a üstünlük veriblər.

Bu konsert zalı dəniz sahilində tikilməkdədir və təxminən 23000 tamaşaçı tutacaq.

6000-ə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcək
.
XS
SM
MD
LG