Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:25

Yeşilcamın bir ulduzu da söndü



Türk sinemasına ağır itki üz verib. Ulduz oyunçu Ünsal Emre Bəyoğlundakı evində ölü tapılıb.

Ciyərləri və böyrəklərində problemlər olan Ünsal Emre evdə tək yaşayıb.

Bir gün öncə oğlu Tansellə həkimə getmək üçün razılaşıb.

Oğlu atasının telefona cavab vermədiyini görüb polis çağırıb. Polis ünlü aktyorun çarpayıda oturmuş vəziyyətdə öldüyünü görüb.

Türk mediası Ünsal Emrenin kino həyatına “Ses” dərgisinin düzənlədiyi bir yarışmadan sonra qatıldığını yazır.

Yarışmada Ünsal Ümre ikinci, sonralar ulduza çevrilən Tarık Akan isə birinci olub.
Ünsal Emre 450 filmdə oynayıb.

Hülya Avşarla “Kısrak”, Emel Sayınla “Hicran” filmlərinə çəkilib.

Xatırladaq ki, əsl adı Ünsal Altınay olan Ünsal Emre 1947-ci ildə Kocaelində doğulub.
Ən son filminə--“Ağlama nə olur”a keçən il çəkilib.

Ən ağrılısı, Ünsal Emre öz ad günündə dünyasını dəyişib.

Ünlü aktyorun Hasköy məzarlığında dəfn ediləcəyi xəbər verilir.
XS
SM
MD
LG