Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 09:13

Əfqanıstan danışıqlarında uğur bütün tərəflərin iştirakından aslıdır


Əfqanıstan müharibəsinin sona yetməsilə bağlı danışıqlarda uğur, onda bütün tərəflərin iştirakından aslıdır.

Belə bir bəyanatla BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Yan Kubiş çıxış edib.

O qeyd edib ki, Əfqanıstandakı bütün siyasi qüvvələr və vətəndaş cəmiyyətinin nümayəndələri bu danışıqlara cəlb edilməlidir.

Taliban bundan əvvəl ABŞ-la danışıqlara getmək üçün Qətərdə siyasi nümayəndəlik açmaq fikrində olduğunu bəyan etmişdi.

Vaşinqton bildirib ki, bu yalnız Əfqanıstan hökumətinin razılığı ilə mümkündür.
XS
SM
MD
LG