Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:10

İlham Əliyev 100 ən nüfuzlu şəxsin siyahısında…


Foto: Arxiv
Foto: Arxiv
-
«XƏZƏR SAHİLİNDƏ DUBAY»

«Azərbaycan» qəzeti «Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsləri sırasındadır» sərlövhəsi altında məqalə dərc edib. Böyük Britaniyanın «The Times» qəzeti İlham Əliyevi 2011-ci ildə dünyada nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edib. «Azərbaycan» yazır:

««The Times» qəzeti prezident İlham Əliyevin şəxsiyyətini səciyyələndirərək yazır: «Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan ölkədir». Məqalədə deyilir ki, Böyük Britaniya bunu hiss etməyə başlayır. Bakıda ticarət mərkəzlərinin və beşulduzlu otellərin sayı artır, bu isə onu «Xəzər sahilində Dubay» adlandırmağa əsas verir. «The Times» yazır ki, bu yaxınlarda Londonda Azərbaycan restoranı açılıb və «Baku» jurnalının ingilis dilində versiyası nəşr edilməyə başlayıb...».

GÜNƏŞİ QƏRBDƏN ÇIXARAN MƏHKƏMƏLƏR

«Bizim yol» qəzeti vəkil Adil İsmayılovla müsahibə dərc edib. «Məhkəmələr qərar verər ki, Günəş Qərbdən çıxır» adlı yazıda vəkil ölkədə məhkəmə sisteminin vəziyyətinə toxunur: «Məsələn, Azərbaycan məhkəməsində rüşvət alana şərti cəza veriblər, rüşvət verən həbs olunub. Belə şey olub!.. Bilirsiz, ağı qara etmək, yaxud bir balaca rəng qatmaq da mümkündür. Bir sözlə, insanın əlində olan şeydir. Amma elə şeylər var ki, insanın iradəsi xaricindədir, yəni heç bir adam Günəşi Qərbdən çıxara bilməz. Ancaq Azərbaycan məhkəməsi qərar verir ki, Günəş Qərbdən çıxır…».

ASLAN İSMAYILOV ZİYALILAR FORUMUNU NİYƏ TƏRK EDİB?

Aslan İsmayılov
Aslan İsmayılov
«Ağıllı fransızlar bu qanunun ləğvinə çalışacaqlar».

Vəkil Aslan İsmayılov bunu «Azadlıq» qəzetinə Fransa Senatının «erməni soyqırımı»na dair qəbul etdiyi qərarı şərh edərkən deyib.

Aslan İsmayılov ötən il dekabrın 28-də Ziyalılar Forumunu tərk etdiyini bildirib, amma səbəblərini açıqlamayıb:

«Forum xeyli müsbət işlər gördüyündən bu barədə geniş danışmaq istəmirəm. Qısaca deyim ki, bəzi razılaşmadığım məqamlar olduğundan forumu tərk etmişəm…».

LEYLA ƏLİYEVANIN ƏSƏRLƏRİ...

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin qızı Leyla Əliyevanın Londonda keçirilən rəsm sərgisinə çıxarılan əsərlərinə geniş yer ayırıb. Qəzet yazır ki, onun əsərlərində «doğma vətənə sonsuz sevgi duyulur»:

«Leyla xanım Əliyevanın fırçasının məhsulu olan əsərlər həm xalqımızın qədim folkloru, həm də müasirlərimizin dünyagörüşünü, onların keçirdiyi hissləri əks etdirir. «Nar» və «Nar ağacı» rəsmləri bərəkətli Vətənimizə hədsiz sevginin təcəssümüdür…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG