Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:14

Oskara namizədlər açıqlandı


Iran-The image of the Academy Award Oscar-undated
Iran-The image of the Academy Award Oscar-undated

Yanvarın 24-də Amerika Kino Akademiyası 84-cü Oskar mükafatlarına namizədləri açıqlayıb.

Ən yaxşı kinofilm nominasiyasında War Horse (Döyüş atı), The Artist, Moneyball, The Descendants (Sələflər), Tree of Life (Həyat ağacı), Midnight in Paris (Parisdə gecəyarısı), The Help (Yardım), Hugo, Extremely Loud and Incredibly Close (Həddən artıq səs-küylü və yaxın) filmləri yarışacaq.

Ən yaxşı aktyor nominasiyasında Demian Bichir, George Clooney, Jean Dujardin, Gary Oldman, Brad Pitt, ən yaxşı aktrisalar nominasiyası üçün isə Glenn Close, Viola Davis, Rooney Mara, Meryl Streep, Michelle Williamsın namizdliyi irəli sürülüb.

Ən yaxşı rejissor adı uğrunda Michel Hazanavicius, Alexander Payne, Martin Scorsese, Woody Allen, Terrence Malick yarışacaqlar.

İlin ən yaxşı cizgi filmi nomisasiyasında isə A Cat in Paris (Parisdə pişik), Chico & Rita, Kung Fu Panda 2, Puss in Boots (Çəkməli pişik) və Rango filmləri var.

Kino tənqidçilər Martin Scorsese-nin "Hugo" filminin ən yaxşı film və rejissor mükafatlarını qazanacağını iddia edir.

Mükafatlandırma mərasimi fevralın 26-da keçiriləcək.
XS
SM
MD
LG