Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 17:59

Körfəz ölkələri Suriyadakı müşahidəçilərini geri çəkir

Körfəz Ərəb ölkələri Ərəb Liqasının Suriyadakı monitorinq qrupundakı müşahidəçilərini geri çəkirlər. Bu addım ölkədəki 10 aylıq qarşıdurmadan sonra Suriyaya buraxılan monitorinq qrupunun etibarlılığına daha da kölgə salacaq.

Səudiyyə Ərəbistanının ardınca Bəhreyn, Küveyt, Qatar, Oman və Birləşmiş Ərəb Əmirliyi qərarın icrasına nə vaxtdan başlayacaqlarını açıqlamayıblar.

Bundan öncə Suriya rəhbərliyi Ərəb Liqasının təklif elədiyi barışıq planını rədd eləmişdi. Plana görə Prezident Bashar al-Assad hakimiyyəti müavininə təhvil verməli və 2 ay ərzində ölkədə müxalifətin də iştirakıyla milli birlik hökuməti yaradılmalıydı.
This item is part of
XS
SM
MD
LG