Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Beynəlxalq Valyuta Fondunun proqnozları bədbinləşir


BVF-nun icraçı direktoru Cristine Lagarde
BVF-nun icraçı direktoru Cristine Lagarde
Beynəlxalq Valyuta Fondu 2012-ci ilə proqnozunu keçən ilin sentyabrı ilə müqayisədə 0,75 faiz aşağı salıb.

BVF proqnozunu aşağı salsa da, fond dünya iqtisadiyyatından yenə də artım gözləyir- təxminən 3,25 faiz.

Fondun dünya iqtisadiyatının vəziyyəti haqda yanvarın 24-də çıxan hesabatında deyilir ki, proqnozun aşağı salınmasının əsas səbəbi bu il Avropa iqtisadiyyatının tənəzzülə getməsi ehtimalıdır.
Bu da öz növbəsində avrozona ölkələrinin borc böhranının nəticəsidir.

Fondun fikrincə, yeni yaranan və inkişafda olan iqtisadiyyatlarda da artım sürəti azalacaq, çünki dünyada iqtisadi mühit pisləşir.

Fond hesab edir ki, bu vəziyyətdə əsas məsələ iqtisadiyyatda etimadı bərpa etməkdir, iqtisadi artıma kömək üçün monetar siyasət vəziyyətə uyğunlaşdırılmalıdır və iqtisadiyyat nağd pulla daha çox təmin olunmalıdır.

Fondun fikrincə, bu il neftin qiyməti 4,9 faiz azalacaq. Qiymətlər isə qalxmaqda davam edəcək.
İnkişaf etmiş ölkələrdə qiymətlər 1,6 faiz, inkişaf etməkdə olan ölkələrdə 6,2 faiz artacaq.

Azərbaycanın daxil olduğu MDB məkanında Fond bu il 4,4 faiz artım gözləyir.

Fondun yaydığı maliyyə sabitliyi hesabatında isə deyilir ki, keçən ilin sentyabrı ilə müqayisədə dünyada iqtisadi sabitliyə risklər artıb.

Fondun fikrincə, avrozonada borc böhranı daha da güclənib, bu isə təcili addımlar tələb edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG