Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:07

Rusiya İranla beynəlxalq danışıqları bərpa etmək istəyir


Rusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov
Avropa Birliyi mübahisəli nüvə proqramına görə İrandan neft idxalına embarqosunun tətbiqinə başlayır.
Birliyin Xarici İşlər nazirlərinin Brüsseldə yanvarın 23-də verdiyi qərara görə, embarqo bu gündən etibarən qüvvəyə minir və bütün yeni neft və neft məhsulları müqavilələrinə aid olacaq.
Ancaq qüvvədə olan müqavilələr üçün iyulun 1-nə qədər vaxt verilir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Moskvada deyib ki, «birtərəfli sanksiyalar məsələlərin həllinə kömək etmir».
Lavrov əlavə edib ki, Moskva İran və Qərb arasında beynəlxalq danışıqların yenidən başlamaq yollarını axtarmağa cəhd göstərəcək.
İran və BMT-nin Təhkükəsizlik Şurasının üzvləri arasında danışıqlar 1 ildi dayanıb.
Avropa Birliyi və ABŞ isə indi Asiya ölkələrini də İrandan neft məhsulları idxalına qadağa qoymağa çağırır. Bununla Qərb İranı mübahisəli nüvə proqramında güzəştə getməyə məcbur etmək istəyir.
BMT-nin Atom Enerjisi Agentliyinin son hesabatında İranın nüvə silahı əldə etməyə yaxın olduğu iddia olunsa da, Tehran proqramın dinc məqsədli olduğunu bildirir.
XS
SM
MD
LG