Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:27

Azərbaycanda boşanmalar nikahlardan sürətlə artır


Ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2010-cu ilə nisbətən əhalinin hər 1 000 nəfərinə nikahların sayı 8,9-dan 9,9-a qədər, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər və ya nikahların sayı 12,7%, boşanmaların sayı isə 19,1% artıb.

«Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında isə 23 yaş olub», - deyə Komitədən bildirilib.
XS
SM
MD
LG