Yolu paytaxtın mərkəzindən düşənlər qara eynəkli klarnet ifaçısına tez-tez rast gəlirlər. «Sən gəlməz oldun», «Bakı gecələri», «Sarı gəlin» mahnıları klarnetindən düşməz. Söhbət keçmiş Qarabağ döyüşçüsü Səlahəddin Rzayevdən gedir. O, çörəkpulunu küçədə musiqi ifa etməklə qazanır.
KLASSİK MUSİQİYƏ QULAQ ASAN YOXDUR
«Bu müharibədən sonra bizim insanlarımızın əksəriyyəti əsəbi haldadır. Amma bizimkilər heç biri gedib konsert salonunda oturub klassik musiqiyə qulaq asmır axı. Klassik musiqi insanın əsəblərini sakitləşdirir. Mən də ən çox klassik, lirik musiqilər çalıram. İnsanlar sakit musiqiyə qulaq asmırsa, sakitləşmirlər».
«Mübariz müharibə veteran»ı adını daşıyan keçmiş döyüşçü Səlahəddin Naxçıvan şəhərində doğulub, Naxçıvanski adına hərbi liseyin məzunudur. İndi 63 yaşındadır, amma şəxsiyyət vəsiqəsindəki rəqəmə görə 53-dür. Deyir ki, Qarabağ müharibəsi başlayanda döyüşdən qalmamaq üçün yaşını 10 il azaldıb:
«Dörd körpə uşağın atası idim. Özü də çox problemli vaxtlarımız idi. Bir çörək almağa imkanım yox idi ki, uşağa alım, qoyub gedim. Komissarlığa səhər saat 8-də gəldim. Bizimlə 150 nəfər çağırmışdılar, onlardan 2-si gəlmişdi».
«MƏNİ GÜLLƏLƏMƏK İSTƏYİRDİLƏR»
Səlahəddin Tərtərdə döyüş vaxtı minomyot hədəfinə düşüb. Müharibədən sonra gözlərində problem əmələ gəlib. Onun döyüş xatirələri:
- Burda mən ciddi xidmət göstərirdim, məni güllələmək qərarına gəlmişdilər...
- Kim?
- Var idi orda cinayətkar adamlar. Biz postda duranda gəlirdilər hasardan bizə güllə atıb qaçırdılar.
- Azərbaycan tərəfdən?
- Hə, bizimkilər idi. 24 saatın 22 saatını ayaq üstə hər dəqiqə xidmət edirdim. Bir dostum var idi, Laqadexdə idi, Gürcüstanla sərhədimizdə. O vaxt Ağdamda texnika yox idi. Ona ordan 4 dənə BTR-i oğurladıb gətizdirdim Ağdama.
Səlahəddin Rzayev müharibədən sonra bir müddət mühafizəçi kimi çalışıb. 8 il Milli Parkı mühafizə edib, Bakı-Tbilisi-Ceyhan, İpək Yolunun mühafizəsində işləyib. İndi isə bir qarın çörəyini qazanmaq üçün hərbi məktəbdə nəfəsli alətlər orkestrində öyrəndiyi klarnet əlindən tutur:
QANUNLARI ÜSTÜNDƏ GƏZDİRİR
«İki şikəst oğlan var idi, biri nağara çalırdı, biri qarmon çalırdı. Bunlar hər gün ağlayırdı ki, acından ölürük. Mən onları götürdüm, müharibə veteranlarının yeni ili, müstəqillik günü kimi bayramlara apardım, onlara çörək qazandıq. Polislər bizə icazə vermirdi. İndi mənə polislər mane olmur, yanıma kim gəlirsə, gəlsin, Azərbaycan Respublikasının Konstitusiyasını açıram, 71-ci maddəni oxuyuram: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur».
Bunu deyib müsahibim hər gün cibində gəzdirdiyi Konstitusiyanı, Polis haqqında qanunu çıxardıb göstərir...
GÜNƏ 3-4 DÖNƏR PULU
Səlahəddin Rzayev deyir ailəsində işləyən bir özüdür, bir də həyat yoldaşı – onun aylıq maaşı 90 manatdır. Nəvələri, oğlu və gəlini isə işsizdir:
- Mən ordan heç bir pul yığmamışam.
- Ancaq yeməyə çatır?
- Bəs nəyə çatar ki?! İstəyirsən bir gün dəvət edim gəl otur yanımda bax. Bir çanta qoyarsan yanıma, bax gör axırda nə qədər pul yığılır. 3-4 dönər pulu. Bir gündə bəlkə də, min dənə 5 qəpik verirlər mənə. Əvvəllər əsəbiləşirdim, götürüb tullayırdım ağacın dibinə, çıxıb gedirdim. Sonradan bir kitab oxudum, o kitabda yazırdı ki «Bir köpüyə də gərək qayğılı yanaşasan ki, pulun olsun».
Səlahəddin Rzayev Azərbaycan cəmiyyətində küçə musiqiçilərinə «dilənçi» münasibətini də qəbul eləmir, deyir ki, sənətçi məhz xalqın arasında inkişaf etməlidir.