Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:17

Putin gəlmələrlə bağlı yeni qaydalar təklif edir


Rusiya Baş naziri Vladimir Putin millətçilərin ölkədə etnik qarışıqlıq yaratmaq cəhdlərini tənqid edib. Ancaq eyni zamanda, mühacirətlə bağlı qaydaların da sərtləşdirilməsinə çağırıb.

Nezavisimaya Qazetada dərc olunan məqaləsində Putin milli və mono-etnik dövlətlə bağlı çağırışların Rusiyanı dağıtmaq cəhdi güddüyünü, “Qafqazı bəsləməyə son qoyun” kimi çağırışlar edən müxalifətçi anti-korrupsiya fəalı Aleksei Navalny-nın çağırışlarını də mənasız adlandırıb.

Martın 4-dəki prezident seçkiləri öncəsi platformasındakı fikirləri bölüşən Putin millətçiləri razı salacaq ideyalardan da danışıb. Onun sözlərinə görə, miqrantlarla bağlı yeni qanunlara ehtiyac var. Bu qaydalara görə, miqrantlar hökmən qeydiyyatdan keçməli, Rus dili, tarixi və ədəbiyyatından imtahan verməli olacaqlar.
XS
SM
MD
LG